Günəşin Yerə görünən tərəfinə doğru hərəkət edən yeni aktiv bölgə ulduzda alovlanma aktivliyinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Tvit.az Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutuna istinadla xəbər verir ki, son 24 saat ərzində Günəşdə 19 partlayış qeydə alınıb.
Məlumata görə, bu gücdə alovlanma sonuncu dəfə təxminən üç həftə əvvəl – iyulun 30-da müşahidə olunub.
Hazırkı proqnoza əsasən, Günəşdəki aktiv bölgə maksimum həddə çatır və yaxın zamanda yeni güclü alovlanmaların baş vermə ehtimalı azalır. Mütəxəssislər aktiv bölgənin strukturunu daha dəqiq qiymətləndirmək üçün onun Günəşin Yerə görünən tərəfinə tam çıxmasını gözləməyi tövsiyə edirlər.
Aysel