Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda 2 universitet tələbələrinə təqaüd verəcək
sosial

Azərbaycanda 2 universitet tələbələrinə təqaüd verəcək

19-08-2026 12:00 21 Baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universiteti öz tələbələrinə həvəsləndirici təqaüdlər verəcək.

"Tvit.az" xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

ADPU-nun Quba filialında 400-dən çox balla qəbul olunan tələbələr arasından ən yüksək nəticə göstərən 2 tələbəyə hər ay 100 manat məbləğində adlı təqaüd veriləcək.

Bakı Slavyan Universitetinin İbtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına 450 baldan yuxarı nəticə göstərərək qəbul olacaq oğlan tələbələr üçün isə xüsusi təqaüd ayrılacaq.