Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda bu ərazidə yanğın başladı
hadisə

Bakıda bu ərazidə yanğın başladı

18-08-2026 14:00 9 Baxış
IMG

Bakı şəhəri, Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.