Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Baş nazir qərar imzaladı
sosial

Baş nazir qərar imzaladı

18-08-2026 12:00 17 Baxış
IMG

Nazirlər Kabineti Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi qaydalarını təsdiqləyib.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərarla həmin hərbi hissələrdə çalışan mülki işçilərin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları təsdiq edilib.

 

Sənədə əsasən, Müdafiə Nazirliyinə qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.

 

Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.