Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyada tutuldu - Azərbaycana gətiriləcək
sosial

Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyada tutuldu - Azərbaycana gətiriləcək

18-08-2026 11:00 21 Baxış
IMG

Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək.

Bu barədə "Tvit.az"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlicanlı Nahid Rasim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Əlicanlı Nahid Rasim oğlunun Azərbaycan Cinayət Məcəlləsinin 333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hazırda onun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.