Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan Çinlə metallurgiya üzrə birgə layihələrin icrasını müzakirə edib
siyasət

Azərbaycan Çinlə metallurgiya üzrə birgə layihələrin icrasını müzakirə edib

13-08-2026 11:00 78 Baxış
IMG

Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi məsələləri müzakirə olunub.

 

Tvit.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, nazir Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Xinjiang Joinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşüb. Görüşdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları qeyd olunub.

 

Tərəflər metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər. Müasir texnologiyaların, innovativ həllərin və nou-haunun tətbiqi, eləcə də bu istiqamətlərdə təcrübə transferinin təşviqi imkanları müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.