Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Növbəti köç karvanı Xocavəndə çatdı
sosial

Növbəti köç karvanı Xocavəndə çatdı

05-08-2026 14:00 15 Baxış
IMG

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr yurdlarına qovuşublar.

 

Tvit.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb.

 

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.