"Arsenal" klubu braziliyalı yarımmüdafiəçi Bruno Gimaraynşın transferi məsələsində "Nyukasl" ilə prinsipial razılıq əldə edib.
Tvit.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Transferin dəyərinin təxminən 90 milyon avro təşkil edəcəyi bildirilir.
28 yaşlı futbolçu London təmsilçisi ilə şəxsi müqaviləsinin şərtlərini artıq razılaşdırıb. Onun "Arsenal" ilə beşillik müddətə sözləşmə imzalayacağı gözlənilir.
Əvvəlcə "Nyukasl" komandanın aparıcı oyunçularından biri üçün 100 milyon avro tələb etsə də, tərəflər ortaq məxrəcə gələ biliblər. Londonluların 90 milyon avroluq təklifindən sonra danışıqlar yekun mərhələyə qədəm qoyub.
Bununla belə, müqavilənin bəzi detalları, o cümlədən bonuslar və agent ödənişləri hələ yekunlaşmayıb.
Nəşrin iddiasına görə, Gimaraynşın London klubuna keçidi tamamlamaq üzrədir.
Transfer məbləğinin bir hissəsi braziliyalı oyunçunun sabiq klubu olan Fransanın "Lion" komandasına çatacaq. 2022-ci ildə futbolçunu 50 milyon avroya "Nyukasl"a satan Fransa klubu gələcək satışdan 20% pay əldə etmək hüququnu özündə saxlayıb.
Gimaraynş DÇ-2026-da Braziliya yığmasının heyətində çıxış edib. Lakin o, ən çox 1/4 finalda Norveçə qarşı keçirilən (1:2) matçda reallaşdıra bilmədiyi penalti ilə yadda qalıb.