Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ digər Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək
digər

Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək

02-12-2024 18:00 49 Baxış
IMG

2025-ci ildə 2-ci dövrü baş tutacaq IELS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edir.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İnstitutundan bildirilib.

 

Qeyd olunub ki, 2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir.

 

Bildirilib ki, IELS tədqiqatı 5 yaşlı uşaqların bacarıqlarının, erkən təhsil təcrübələrinin, ev mühitinin və fərdi xüsusiyyətlərinin onların öyrənmə və inkişafına necə təsir etdiyini araşdırır.

 

Ölkədə 2025-ci ilin yanvar-mart aylarında IELS-in əsas mərhələsinin həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə ölkənin 211 təhsil müəssisəsindən təxminən 3 000 uşağın iştirak edəcəyi gözlənilir.