ABŞ-da təxminən bir həftədir davam edən şiddətli istilər 25 nəfərin həyatına son qoyub.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
Nyu-York şəhərində 378-dən çox insan isti hava ilə əlaqəli xəstəliklər səbəbindən təcili tibbi yardıma müraciət edib. Nyu-Cersi ştatında isə həddindən artıq isti hava nəticəsində 22 nəfər ölüb, Missisipidə iki, İllinoysda isə bir ölüm hadisəsi qeydə alınıb.
Elmin Alışov