Bu gün Tehranın şərqində yerləşən Pakdaşt bölgəsi yaxınlığında 3.3 bal gücündə zəlzələ baş verib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Zəlzələ ocağı 14 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində dağıntı və ya insan itkisi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Elmin Alışov