ABŞ dövlət katibi Marko Rubio mayın 22-də Ukrayna münaqişəsinin qeyri-ənənəvi şəkildə başa çata biləcəyini bildirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Bu ( Ukraynadakı münaqişə – red.) tərəflərdən birinin qələbəsi ilə bitməyəcək, ən azından hərbi qələbələrin necə təyin olunduğu ənənəvi mənada deyil", - deyə o, İsveçdə NATO xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.
O, aydınlaşdırdı ki, nəticədə hər şey danışıqlarla bitməlidir. Əgər ABŞ-ın bu prosesi asanlaşdırmaq imkanı varsa, Amerika lideri Donald Tramp bununla son dərəcə maraqlanır.
Aysel Şirinova