Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Belarus rəhbərliyinə qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
dünya

ABŞ Belarus rəhbərliyinə qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

22-05-2026 21:00 17 Baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Belarus rəsmilərinə qarşı ABŞ sanksiyalarını daha bir il uzadıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq fərman ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilib.

 

Sanksiyalar 2006-cı ildə tətbiq edilib və 9 avqust 2021-ci ildə genişləndirilib. Onların müddəti 16 iyunda başa çatmalı idi.

 

Sənəddə deyilir ki, "Belarus hökumətinin müəyyən üzvlərinin və digərlərinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir". "Buna görə də, 13405 nömrəli İcra Fərmanı ilə elan edilmiş milli fövqəladə vəziyyəti bir il müddətinə uzadıram", - mətndə deyilir.

 

Sözügedən fərman 2006-cı ilin iyun ayında ABŞ-ın o vaxtkı 43-cü prezidenti Corc Buş tərəfindən imzalanmış və Vaşinqtonun Belarusda "demokratik prosesləri və institutları sarsıtdığı" hesab etdiyi şəxslərə məhdudiyyətlər qoymuşdu. 2021-ci ilin avqust ayında o vaxtkı 46-cı prezident Co Bayden sanksiyaların tətbiqi meyarlarını genişləndirən daha bir fərman imzaladı. Bu cür sanksiya rejimlərinin illik yenilənməsi ABŞ qanunvericiliyi ilə təmin edilir.

 

Aysel Şirinova