Air France sərnişin təyyarəsi, yeni tətbiq edilən Ebola səyahət məhdudiyyətlərinə baxmayaraq, Konqo Demokratik Respublikasından olan bir sərnişinin səhvən təyyarəyə minməsinə icazə verilməsindən sonra marşrutunu dəyişdirmək məcburiyyətində qalıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Təyyarənin Detroit Metropolitan Wayne County Hava Limanına enməsi qadağan edildi və Monreal limanına yönləndi”,- məlumatda deyilir.
Yeni qaydalara əsasən, təsirlənmiş ərazilərdən xarici sərnişinləri daşıyan bütün reyslərin yalnız Virciniya ştatındakı Vaşinqton-Dalles Beynəlxalq Hava Limanına eniş etməsinə icazə veriləcək.
Elmin Alışov