Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Hizbullahla əlaqələrinə görə 9 nəfərə sanksiya tətbiq edib
dünya

ABŞ Hizbullahla əlaqələrinə görə 9 nəfərə sanksiya tətbiq edib

21-05-2026 22:00 18 Baxış
IMG

ABŞ Livanda sülh prosesinə mane olmaqda ittiham etdiyi Hizbullahla əlaqəli doqquz şəxsə sanksiya tətbiq edib.

 

Tvit.az "The Times of İsrael"ə istinadən xəbər verir ki, maliyyə naziri Skott Bessent bildirib ki, hizbullah terror təşkilatıdır və tamamilə tərksilah edilməlidir. 

 

 

"Xəzinədarlıq Livan hökumətinə sızan və Hizbullahın Livan xalqına qarşı mənasız zorakılıq kampaniyasını aparmasına və davamlı sülhə mane olmasına imkan verən məmurlara qarşı tədbirlər görməyə davam edəcək, - deyə o, əlavə edib.

 

Aysel Şirinova