ABŞ Dövlət Departamentinin İran işləri üzrə keçmiş direktoru Coi Hud deyir ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş uranı ABŞ ilə sülh sazişi bağlamaq məsələsində "hər şeyin açarıdır".
Tvit.az bu barədə "Əl-Cəzirə"yə istinadən xəbər verir.
"441 kq İran uranı 60 faizə qədər zənginləşdirilib və bunun heç bir mülki istifadəsi yoxdur - yalnız hərbi məqsədlər üçün istifadə edilə bilər. Beləliklə, günün sonunda hətta Rusiya və Çin belə onun çıxarılıb təhlükəsiz hala gətirilməsinin vacibliyi ilə razılaşacaqlar”, - deyə o, əlavə edib.
Hud bildirib ki, prezidentlər Si Cinpin və Vladimir Putin bu həftəki danışıqları zamanı İranın uran ehtiyatlarının təhlükəsizliyi və saxlanması barədə danışmış ola bilərlər:
"Pekində bu məsələ ilə bağlı sakit müzakirələr aparılıb, bəlkə də iranlılarla danışıblar. Bunu görə bilərik".
Aysel Şirinova