Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Lukoyl"-un ən böyük neft zavodu fəaliyyətini qismən dayandırdı
dünya

"Lukoyl"-un ən böyük neft zavodu fəaliyyətini qismən dayandırdı

21-05-2026 22:00 8 Baxış
IMG

“Lukoyl”un ən böyük neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini qismən dayandırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Rusiyanın dördüncü ən böyük neft emalı zavodu olan NORSI Ukrayna dronunun hücumundan sonra əsas ilkin neft emalı qurğusu olan CDU-6-nın işini dayandırıb. 

 

Bildirilib ki, son günlər baş verən dron hücumları səbəbindən Rusiyanın mərkəzi hissəsində yerləşən bir çox iri neft emalı zavodu istehsal həcmlərini azaltmağa və ya fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub. “Lukoyl” şirkətinə məxsus NORSI zavodu ildə 16 milyon tona qədər neft (gündə təxminən 320 min barel) emal edir və ölkənin ikinci ən böyük benzin istehsalçısı hesab olunur.

Dayandırılmış CDU-6 qurğusu müəssisənin ümumi gücünün yarıdan çoxunu təmin edir. Onun məhsuldarlığı gündə təxminən 25,7 min ton neft və ya təxminən 190 min barel təşkil edir.

 

Aysel