Rusiya Aİ sanksiyalarına baxmayaraq, enerji resursları üçün həmişə alıcı tapacaq.
Tvit.az-ın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib.
Onun sözlərinə görə, Rusiya həmişə maraqlananlar üçün etibarlı təchizatçı olub. O qeyd edib ki, əgər kimsə Rusiyadan enerji almaq istəmirsə, bu, onların seçimidir.
Elmin Alışov