ABŞ Prezidenti Donald Tramp ABŞ və Kuba arasında heç bir gərginliyin olmayacağına zəmanət verib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Xeyr. Heç bir eskalasiya olmayacaq. Düşünmürəm ki, buna ehtiyac var", - deyə o, Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə bildirib.
Tramp Kubanın "dağılmaqda olduğu" barədə şayiəni açıqlayıb. "Bu, bir qarışıqlıqdır. Və sanki onlar nəzarəti itiriblər. Onlar həqiqətən də Kuba üzərində nəzarəti itiriblər", - deyə Amerika lideri Kuba hakimiyyətinə istinad edərək bildirib.
Aysel Şirinova