Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ-İran danışıqları iyunun əvvəlində baş tuta bilər
dünya

ABŞ-İran danışıqları iyunun əvvəlində baş tuta bilər

20-05-2026 22:00 12 Baxış
IMG

ABŞ-İran münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsi iyunun əvvəlində keçirilə bilər.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, görüşün Həcc mövsümü başa çatdıqdan sonra İslamabad şəhərində təşkil olunması planlaşdırılır. 2026-cı ildə Həcc ziyarətinin əsas mərhələsi mayın 25-29-na təsadüf edir. Mənbələr bildirirlər ki, hazırda Vaşinqton və Tehran arasında mümkün razılaşmanın yekun mətni üzərində iş aparılır.

 

Eyni zamanda qeyd olunur ki, Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir cümə günü İrana səfər edərək müqavilənin yekun variantı ilə bağlı açıqlama verə bilər.

 

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Trump İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin 11-də Tehran və Vaşinqton arasında İslamabad şəhərində danışıqlar keçirilsə də, tərəflər fikir ayrılıqları səbəbindən uzunmüddətli razılıq əldə edə bilməyiblər.

 

Aprelin 21-də Donald Tramp atəşkəsin uzadılması niyyətində olduqlarını açıqlayıb. Həmin vaxtdan bəri danışıqların yeni mərhələsi baş tutmayıb. Mayın 19-da isə ABŞ prezidenti Vaşinqtonun İranla bağlı məsələdə diplomatik həllə gələn həftənin əvvəlinə qədər şans verməyə hazır olduğunu və hərbi əməliyyatların bərpasını həmin müddətədək təxirə saldığını bildirib.

 

Aysel Şirinova