Moskva Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Aİ ilə bağlı mövqeyinə dair aydınlığı dəstəkləyir.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə bildirib.
“Biz Ermənistanla münasibətlərin vəziyyətini və perspektivlərini müzakirə etdik. Biz Ermənistanın istiqaməti ilə bağlı aydınlığın tərəfdarıyıq, amma hələlik konkret vaxt çərçivəm yoxdur”, - deyə nazir müavini TASS-ın Rusiyanın Ermənistanın Aİİ ilə Aİ arasında qərar verməsi üçün son tarix müəyyən edib-etməyəcəyi ilə bağlı sualına cavab olaraq bildirib.
Aysel Şirinova