Ermənistanın Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən seçki mitinqi zamanı Çiçəklənən Ermənistan Partiyasından (ÇEP) parlamentə namizəd Andranik Tevanyanı xəyanətdə ittiham edib.
Tvit.az TASS-a istinadən xəbər verir ki, baş nazir bildirib ki, ÇEP siyahısında Andranik Tevanyan adlı ikinci şəxs var:
"Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən edilmiş prosedurlara uyğun olaraq, Tevanyana qarşı xəyanət maddəsi ilə cinayət işi açılacağını gözləyərək, cinayət barədə İstintaq Komitəsinə məlumat göndərəcək".
Paşinyan həmçinin iddia edib ki, Ermənistanda hakimiyyət orqanlarında bununla mübarizə aparmaq niyyətində olan casus şəbəkəsi fəaliyyət göstərir.
Aysel Şirinova