Böyük Britaniyanın Daxili İşlər Nazirinin müavini Cess Filips Baş nazir Keyr Starmerlə fikir ayrılığına görə istefa verib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Mən Leyborist hökumətinin işləməsini istəyirəm. Həmişə olduğu kimi, onu uğurlu və populyar etmək üçün çalışacağam. Lakin bütün ölkənin ehtiyac duyduğu dəyişiklikləri görmürəm. Buna görə də, hazırkı rəhbərlik altında nazir müavini kimi davam edə bilmərəm", - deyə o, bildirib.
Filips 12 mayda istefa verən hökumətin ikinci üzvü olub. Bundan əvvəl Böyük Britaniyanın Mənzil, İcmalar və Yerli Özünüidarəetmə naziri Miatta Fahnbulleh Starmerin siyasəti ilə razılaşmayaraq istefa vermişdi.
Aysel