Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər ​Samsung qan təzyiqini və ürək döyüntüsünü ölçən ekran təqdim edib
digər

​Samsung qan təzyiqini və ürək döyüntüsünü ölçən ekran təqdim edib

05-05-2026 23:00 18 Baxış
IMG

​Cənubi Koreya nəhəngi Samsung, ABŞ-da keçirilən sərgidə smartfon dünyasında bir ilkə imza ataraq Sensor OLED texnologiyasını nümayiş etdirib. Bu ekran heç bir kənar cihaza ehtiyac duymadan sağlamlıq göstəricilərini izləməyə imkan verir.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ekrana inteqrasiya edilmiş üzvi fotodiodlar (OPD) vasitəsilə istifadəçinin ürək döyüntüsü və qan təzyiqi barmaq toxunuşu ilə müəyyən edilir.

 

6,8 düymlük paneldə təqdim olunan texnologiya, 500 PPI piksel sıxlığı ilə həm yüksək görüntü keyfiyyəti, həm də dəqiq sensor funksionallığı təklif edir.

 

​Hazırda inkişaf mərhələsində olan bu texnologiyanın gələcək Galaxy smartfon modellərində tətbiq olunacağı gözlənilir.

 

Aysel Şirinova