Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər WhatsApp-a 8 yeni emoji əlavə olunur
digər

WhatsApp-a 8 yeni emoji əlavə olunur

01-04-2026 23:00 31 Baxış
IMG

WhatsApp platforması mesajlaşma təcrübəsini daha zəngin və ifadəli etmək üçün yeni yeniliyə hazırlaşır. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, android beta versiyasında aşkar edilən Unicode 17.0 yeniləməsi çərçivəsində tətbiqə 8 yeni emoji əlavə olunacaq.

 

Yeni emojilər müxtəlif üz ifadələrini və obyektləri əhatə edir. Bu yeniliyin istifadəçilərin özünü daha rahat və rəngarəng şəkildə ifadə etməsinə imkan yaradacağı gözlənilir.

 

Hazırda bu funksiyadan yalnız Android beta istifadəçiləri yararlana bilir. Bununla belə, WhatsApp emojiləri davamlı yeniləməklə platformanı daha dinamik və maraqlı saxlamağı hədəfləyir.

 

Yeni emojilər hələ test mərhələsindədir. Yaxın zamanda isə həm Android, həm də iOS istifadəçiləri üçün əlçatan olacaq.

 

Aysel Şirinova