Dünyanın ən populyar musiqi platformalarından biri olan Spotify musiqi sənayesində gəlir bölgüsünə işıq salan "Loud & Clear" hesabatından yeni məlumatları paylaşdı.
Tvit.az xəbər verir ki, paylaşılan məlumata görə, "Spotify" təkcə 2025-ci ildə musiqi sənayesinə 11 milyard dollar ödəyib. Bu ödəniş sənətçilər, bəstəkarlar, səsyazma şirkətləri və digər hüquq sahibləri arasında bölüşdürülür. Platformaya görə, bu rəqəm musiqi yayımı tarixində ən böyük illik ödənişlərdən biridir.
"Spotify" həmçinin musiqi sənayesinə bu günə qədər ödədiyi ümumi məbləği də açıqlayıb. Şirkətin məlumatına görə, platforma yarandığı gündən bəri sənətçilərə və hüquq sahiblərinə 60 milyard dollardan çox pul ödəyib.
Aysel Şirinova