Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Bill Qeyts Epşteynlə əlaqəsini “böyük səhv” adlandırdı
digər

Bill Qeyts Epşteynlə əlaqəsini “böyük səhv” adlandırdı

25-02-2026 23:00 16 Baxış
IMG

Bill Gates Jeffrey Epstein ilə əlaqə qurmasını “böyük səhv” adlandırıb və bu münasibətlərin xeyriyyə fondunun fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, “Microsoft”un həmtəsisçisi ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə adı keçən tanınmış şəxslər sırasındadır. Sənədlərdə Epşteynin geniş ictimai əlaqələri və qanunsuz fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

 

“The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, Qeyts fond əməkdaşları ilə görüşdə Epşteynlə münasibətlərinə görə təəssüf etdiyini bildirib və onun cinayətlərində iştirakını inkar edib.

 

Aysel Şirinova