Meta və AMD şirkətləri süni intellekt məlumat mərkəzlərini gücləndirmək üçün 100 milyard dollarlıq müqavilə imzalayıblar.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, müqavilə Meta-nın süni intellekt infrastrukturunda güclü bir mövqe tutmaq məqsədini dəstəkləyir.
Həmçinin bildirib ki, şirkət AMD-nin MI540 seriyalı GPU-larını və ən son nəsil CPU-larını alacaq və müqavilənin bir hissəsi olaraq AMD səhmlərinin 10% -ə qədərini əldə etmək hüququna malik olacaq. Cəmi 6 giqavatt çiplərin çatdırılmasını əhatə edən müqavilənin dəyəri 100 milyard dollara qədər ola bilər.
Aysel Şirinova