Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Süni intellekt nəhəngindən 2030-cu il üçün maraqlı bir hədəf - Gəlirlər kəskin artacaq
digər

Süni intellekt nəhəngindən 2030-cu il üçün maraqlı bir hədəf - Gəlirlər kəskin artacaq

25-02-2026 22:00 13 Baxış
IMG

Süni intellekt sektorunda aparıcı şirkət olan "OpenAI" qarşıdakı illər üçün artım gözləntiləri ilə diqqət çəkir. Şirkətin gəlirlərinin 2030-cu ilə qədər yüz milyardlarla dollara çatacağı proqnozlaşdırılır.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, mənbənin məlumatına görə, şirkət 2030-cu ilə qədər illik gəlirinin 280 milyard dolları keçəcəyini gözləyir.

 

"Bu proqnoz həm fərdi istifadəçilərə, həm də korporativ müştərilərə təklif olunan "OpenAI"nin süni intellekt əsaslı proqram təminatı abunəliklərinə tələbatın azalmayan artmasına əsaslanır. Şirkətin reklam modellərini məhdud istifadəçi qrupu ilə sınaqdan keçirmək üçün son addımı da gəlirlərin şaxələndirilməsi üçün yeni yollar açır", - deyə məlumatda qeyd olunur.

 

Aysel Şirinova