Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pakistan ABŞ İran danışıqlarına münasibət bildiridi
dünya

Pakistan ABŞ İran danışıqlarına münasibət bildiridi

13-02-2026 22:00 12 Baxış
IMG

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi Omanda Tehran və Vaşinqton arasında son nüvə danışıqlarını dəstəkləyərək, İslamabadın diplomatiya və sülh təşəbbüslərinə dəstəyini vurğulayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

"İran və Pakistan regional məsələlər üzrə sıx əlaqədədir və biz sülh və diplomatiya yolundakı bütün təşəbbüsləri ciddi şəkildə dəstəkləyirik," - deyə o bildirib.

 

O əlavə edib ki, İslamabad bütün məsələlərin həllində diplomatiya və dialoqu dəstəkləyir, Pakistanın Tehranın mövqelərini vacib hesab etdiyini və İran İslam Respublikasının Xarici İşlər Nazirinin çıxışlarını alqışladığını qeyd edib.

 

Aysel Şirinova