Ucarda sərnişin avtobusu yanıb.
Tvit.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olar "İkarus" markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Fakt araşdırılır.