Batir Kudraxocayev Özbəkistanın müdafiə naziri təyin olunub.
Bu barədə ölkə prezidentinin müvafiq sərəncamı imzalanıb.
Bundan əvvəl onun namizədliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən təsdiqlənib.
Əvvəlki müdafiə naziri Şuxrat Xalmuxamedov isə başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.