Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
siyasət

Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub

12-10-2026 19:00 17 Baxış
IMG

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin deputatı Qurbuks Saini ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Deputat, Kanada-Azərbaycan Parlament Dostluq Qrupunun üzvü hörmətli Saini Qurbuks ilə görüşmək xoş idi", - o bildirib.

Qeyd olunub ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə səmimi və konstruktiv fikir mübadiləsi aparılıb.