Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
sosial

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12-10-2026 21:00 20 Baxış
IMG

Sabah Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Tvit.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.