Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Elşad Quluyev vəzifəsindən azad edildi
sosial

Elşad Quluyev vəzifəsindən azad edildi

13-02-2026 18:00 13 Baxış
IMG

Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru Elşad Quluyev tutduğu vəzifədən azad edilib.

 

Bu barədə elm və təhsil naziri Emin Əmirullayev müvafiq əmr imzalayıb.

 

Qeyd edək, E.Quluyev 2009-cu ildən həmin vəzifədə çalışıb.