Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Xəzərdə nadir balıqları ovlayan brakonyer saxlanıldı
sosial

Xəzərdə nadir balıqları ovlayan brakonyer saxlanıldı

13-02-2026 18:00 12 Baxış
IMG

Xəzər dənizində nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, ekoloji cinayətlərin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmini, habelə su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

 

"Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb.

 

Baxış zamanı həmin şəxsdən ovlanması qadağan edilən 172 ədəd müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb. Faktla bağlı araşdırma aparılır. Su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə nəzarət-profilaktik tədbirlər davam etdirilir", -deyə məlumatda bildirilir.