"Huawei" və "JAC" şirkətlərinin "Maextro S800" elektrik sedanı ötən ay Çində "Porsche Panamera", "BMW 7 Series" və "Maybach S-Class" modellərinin hamısının satışını üstələyib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, qiyməti 100.000 ABŞ dollarından yuxarı olan bu avtomobil ən populyar lüks sedan olub.
"Maextro S800" Çində 2025-ci ilin avqust ayında 101.310 ABŞ dolları başlanğıc qiyməti ilə tədarüklərə başladı. Ən yüksək səviyyəli "S800"ün qiyməti 145.665 ABŞ dolları təşkil edir.
2025-ci ilin dekabr ayında "Maextro S800" aylıq müqayisədə 104% artımla 4376 ədəd satış rekordu qırdı.
Nəticədə, qiyməti 100 000 dollardan yuxarı olan lüks sedan seqmentində ən çox satılan avtomobil oldu.
Müqayisə üçün bildirək ki, ikinci yeri tutan Porsche Panamera eyni dövrdə 1593 avtomobil satıb.
Aysel Şirinova