Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Prokuror Ruben Vardanyana ömürlük cəza istədi
hadisə

Prokuror Ruben Vardanyana ömürlük cəza istədi

18-12-2025 14:00 41 Baxış
IMG

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

 

Tvit.az AZƏRTAC-a istinadla  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

 

Prokuror çıxışında Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.