Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət "Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar" - Nazir
siyasət

"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar" - Nazir

18-12-2025 12:00 28 Baxış
IMG

Gələcək kifayət qədər sərt, rəqabətli illər olacaq, qeyri-müəyyənliklər olacaq. Ali təhsil müəssisələri bu istiqamətdə rəqabətə hazır olmalıdırlar.

"Tvit.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində söyləyib.

Nazir vurğulayıb ki, inkişafın əsas təməli rəqabətdir. Bu gün memarlıq və inşaat sahəsində təhsilin də 105 illiyi qeyd edilir. Ali təhsil müəssisələri dünyada rəqabət aparırlar. Azərbaycanın təhsil sistemi qapalı deyil. Digər vacib məqam əməkdaşlıqdır. Xüsusilə elm və təhsildə əməkdaşlıq olmalıdır. Başqa bir mühüm məsələ ondan ibarətdir ki, heç bir ali təhsil müəssisəsi özü-özlüyündə inkişaf edə bilməz. Təhsilə dövlətin dəstəyinin böyük olduğunu vurğulayan nazir özəl sektorun da bu əməkdaşlığa cəlb edilməsinin zəruriliyini bildirib. O, ali təhsil müəssisələrinin əməkdaşlığa açıq olduğunu diqqətə çatdırıb.