Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Emoməli Rəhmon Azərbaycana yola düşüb
siyasət

Emoməli Rəhmon Azərbaycana yola düşüb

14-10-2026 15:00 16 Baxış
IMG

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb.

 

Tvit.az-ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidməti açıqlayıb.

 

Bu səfər çərçivəsində ölkə rəhbərini Tacikistanın xarici işlər naziri, prezidentin xarici siyasət və iqtisadiyyat məsələləri üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və bir sıra digər hökumət nümayəndələri müşayiət edirlər.

 

Xatırladaq ki, AQEM-in VII iclası təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.