Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib
siyasət

Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib

04-12-2025 22:00 12 Baxış
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

 

Nazirlər Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının müsbət dinamikasını yüksək qiymətləndiriblər, regional sabitlik və inkişaf üçün dostluq, qarşılıqlı dəstəkləyici münasibətlərin əhəmiyyətini vurğulayıblar.

 

Görüşdə enerji, nəqliyyat-logistika və elektrik enerjisi, yaşıl enerji üzrə yeni birgə layihələr, eləcə də mədəni və humanitar mübadilələr sahəsində əməkdaşlıq müzakirə edilib.

 

Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifah üçün səylər vurğulanıb.