Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib
siyasət

Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib

04-12-2025 22:00 11 Views
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

 

Nazirlər Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının müsbət dinamikasını yüksək qiymətləndiriblər, regional sabitlik və inkişaf üçün dostluq, qarşılıqlı dəstəkləyici münasibətlərin əhəmiyyətini vurğulayıblar.

 

Görüşdə enerji, nəqliyyat-logistika və elektrik enerjisi, yaşıl enerji üzrə yeni birgə layihələr, eləcə də mədəni və humanitar mübadilələr sahəsində əməkdaşlıq müzakirə edilib.

 

Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifah üçün səylər vurğulanıb.