İranın Xorasan-e Rəzəvi əyalətində sərnişin avtobusu qəzaya uğrayaraq aşıb.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Məlumata görə, Bərdəskən-Səbzvar magistralında baş verən qəza nəticəsində iki nəfər ölüb, 40 nəfər yaralanıb. Bir neçə nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.
Elmin Alışov