Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Gürcüstan sərhədçiləri NATO əməliyyatı çərçivəsində Türkiyənin hərbi gəmilərində yerləşdiriləcək
dünya

Gürcüstan sərhədçiləri NATO əməliyyatı çərçivəsində Türkiyənin hərbi gəmilərində yerləşdiriləcək

24-11-2025 16:00 42 Baxış
IMG

Gürcüstan sərhədçiləri NATO əməliyyatı çərçivəsində Türkiyənin hərbi gəmilərində yerləşdiriləcək.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, NATO-nun “Sea Guardian” (OSG) dəniz əməliyyatı çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərində yerləşdirilməsinə dair texniki saziş imzalanıb.

“2022-ci ilin may ayında Şimali Atlantika Alyansı Gürcüstana OSG dəniz əməliyyatının operativ tərəfdaşı statusu verib. Qeyd etmək lazımdır ki, Gürcüstan müvafiq bölmələrin tələb olunan sertifikasiyanı keçməsi nəticəsində NATO-ya üzv olmayan ölkələr arasında bu statusu alan ilk dövlət olub. Bu qərara əsasən, Gürcüstan alyansa dəniz təhlükəsizliyinin təmin edilməsində dəstək göstərmək səlahiyyəti alıb", - deyə bəyanatda bildirilib.

Aysel Şirinova