Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ Qəzzanın bərpasına dəstək üçün Fələstin Administrasiyasına maliyyə yardımını artırır
dünya

Aİ Qəzzanın bərpasına dəstək üçün Fələstin Administrasiyasına maliyyə yardımını artırır

21-11-2025 23:00 17 Baxış
IMG

Avropa İttifaqının (Aİ) ABŞ vasitəçiliyi ilə əldə olunan sülh planından sonra Qəzzanın bərpası və idarəçiliyi ilə bağlı islahatları gücləndirmək məqsədilə Fələstin Administrasiyasına (FA) ayırdığı maliyyə dəstəyini artırıb. 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Brüsseldə keçirilən toplantıda 60 nümayəndə heyəti bölgənin gələcək idarəçiliyi və yenidənqurma prosesi müzakirə olunub.

Bu çərçivədə bir neçə Aİ ölkəsi ümumilikdə 80 milyon avrodan çox məbləğdə yeni maliyyə töhfəsi ayırıb. Bu vəsait Aİ-nin son üç il üçün elan etdiyi 1,6 milyard avroluq geniş dəstək paketinin bir hissəsidir.