Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Hyundai" elektrikli avtomobilləri 3 dəqiqəyə şarj edəcək yeni texnologiya üzərində işləyir
dünya

"Hyundai" elektrikli avtomobilləri 3 dəqiqəyə şarj edəcək yeni texnologiya üzərində işləyir

21-11-2025 23:00 18 Baxış
IMG

"Hyundai" elektrikli nəqliyyat vasitələrinin benzinli avtomobillər qədər sürətli doldurulmasını hədəfləyən ultra sürətli şarj sistemi hazırladığını açıqlayıb.

Tvit.az xəbər verir ki, şirkət bildirir ki, yeni texnologiya şarj müddətini cəmi 3 dəqiqəyə endirməyi nəzərdə tutur və bu, elektrikli avtomobil sahiblərinin ən böyük narahatlığı olan uzun şarj vaxtını aradan qaldırmağı məqsəd qoyur.

"Hyundai Motor Europe" Texniki Mərkəzinin rəhbəri Tayron Conson qeyd edib ki, müştərilər avtomobillərini 3 dəqiqəyə doldurmaq istəyir və şirkətin yeni hədəfi də məhz bu tələbdən irəli gəlir.

"Hyundai" hazırda 800 volt memarlığı və 350 kVt-dan yuxarı şarj sürəti üzərində işləri genişləndirərək bu texnologiyanı öz yeni texniki mərkəzi vasitəsilə inkişaf etdirir.