Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Afrika ölkələri Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərirlər
sosial

Afrika ölkələri Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərirlər

21-11-2025 21:00 29 Baxış
IMG

Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılış mərasimi zamanı "Azərbaycanda rəqəmsallaşma" mövzusuna həsr olunmuş sessiya keçirilib.

 

Afrikanın müxtəlif ölkələrindən 50-dən çox xarici nüməyəndənin iştirak etdiyi sessiyada İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)nın baş kommersiya inzibatçısı Salar İmaməliyev Azərbaycanın rəqəmsal transformasiya sahəsində son illərdə əldə edilən mühüm irəliləyişlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

O bildirib ki, Azərbaycanın uğurlu rəqəmsal inkişaf modeli xüsusilə Afrika qitəsi ölkələrində artan marağa səbəb olub: "Azərbaycanın qabaqcıl rəqəmsal dövlət məhsulları olan "mygov", "mygov ID", Rəqəmsal Sənəd Dövriyyəsi və "digital.bridge" Afrika qitəsi ölkələri tərəfindən araşdırılır. Biz İRİA olaraq Azərbaycanın rəqəmsal inkişaf təcrübəsinin Afrikanın bir sıra ölkələrində tətbiq imkanlarını nəzərdən keçiririk".

 

O, həmçinin qeyd edib ki, rəqəmsal dövlət məhsulları ilə yanaşı, İRİA-nın nəzdində fəaliyyət göstərən Texnologiyalar Parkının rezident şirkətlərinin məhsulları da potensial olaraq Afrika bazarlarına ixrac edilə bilər. Belə ki, texnoparkın bir neçə şirkəti qlobal bazarlarda yüksək rəqabət qabiliyyətinə malik olan məhsul və xidmətlər təqdim edir.