Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pakistanda zavoda qaz sızdı: 15 nəfər öldü
dünya

Pakistanda zavoda qaz sızdı: 15 nəfər öldü

21-11-2025 13:00 98 Baxış
IMG

Pakistanın Pəncab əyalətinin Faisalabad şəhərində fəaliyyət göstərən yapışqan fabrikində qaz sızması baş verib.


Tvit.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.


Hadisə nəticəsində baş verən partlayışda 15 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.


Səlahiyyətlilər partlayış nəticəsində ərazidəki 7 evin zərər gördüyünü, fabrikin və ona bitişik evlərin damlarının uçduğunu bildirib.


Elmin Alışov