Pakistanın Pəncab əyalətinin Faisalabad şəhərində fəaliyyət göstərən yapışqan fabrikində qaz sızması baş verib.
Tvit.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində baş verən partlayışda 15 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Səlahiyyətlilər partlayış nəticəsində ərazidəki 7 evin zərər gördüyünü, fabrikin və ona bitişik evlərin damlarının uçduğunu bildirib.
Elmin Alışov