“Yetərsiz yuxu orqanizmi həddindən artıq yükləyir, ürək, böyrəklər və ağciyər kimi həyati vacib orqanların fəaliyyətini pozur və ölümcül nəticəyə gətirib çıxara bilər. Bir neçə araşdırma göstərir ki, sutkada beş–altı saatdan az yatmaq ölüm riskini 13 faiz artırır və ömrü bir il qısaldır,” - deyə Kampilyo vurğulayıb.
Həkim gecə yuxusunu insanın özünə edə biləcəyi ən yaxşı investisiya adlandırıb. Bununla yanaşı, o, yuxusuzluqdan əziyyət çəkən insanları yuxu dərmanlarından imtina etməyə çağırıb:
"Gün ərzində yuxuya hazırlaşmaq lazımdır: müntəzəm qrafikə əməl etmək, axşam yeməyindən ən az iki saat əvvəl idmanla məşğul olmaq", - deyə o əlavə edib.
Aysel Şirinova

